Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Fevralın 8-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP)
Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.
AzMDEP, Prezident İlham Əliyevin bu il aprelin 11-də növbədənkənar prezident
seçkilərinin keçirilməsi barədə sərəncamını dünyada və bölgədə mövcud durum və
riskləri nəzərə alaraq atılmış düzgün siyasi addım kimi dəyərləndirir və seçkilərin
demokratik keçirilməsi üçün heç bir təhdid daşımadığını bildirir.
AzMDEP, İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın erməni
işğalçılarına dəstək verməsinə rəğmən Azərbaycandakı Xarici İşlər Nazirliyi adlı
qurumun analitiklərinə məsləhət görür ki, İsveçrədə fransızdilli Yura (Giura)
kontonunun siyasi və mədəni-muxtar hüquqlarını artırmaq uğrunda siyasi mübarizə
aparan təşkilatlara hər hansı formada yardım üçün məsələni nəzərdən keçirsin.
08 fevral 2018-ci il mdp_inform@yahoo.com.tr