Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Noyabrın 29-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

 İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

AzMDEP hesab edir ki, düşmən tərəfinin son dövrlərdə cəbhə bölgəsində aktivliyinin artması, həmçinin, Rusiya istehsalı olan “Toçka U” raket kompleksinin sınaq nöqtə atəşlərini həyata keçirməsi erməni işğalçılarının ciddi planlarının olmasından xəbər verir. AzMDEP bu fikirdədir ki, düşmənin daxilində siyasi, ictimai və hərbi təşkilatlanmanı neytrallaşdırmaq üçün ciddi önləyici hərbi ölçülər götürülməlidir.

29 noyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr