Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Sentyabrın 20-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.     AzMDEP, işğal olunmuş ərazilərimizə işğalçı “ermənistan” adlı qurumun rəhbərlərinin səfəri, səfər zamanı Azərbaycan əleyhinə bəyanatların səslənməsini siyasi təxribat kimi dəyərləndirir. İşğalçı erməni tərəfinin bu kimi təxribatlarının BMT-nin Baş Assambleyasının geniş iclasının keçirilməsi zamanı münaqişə tərəflərinin XİN başçılarının planlaşdırılmış görüşü ərəfəsində baş verməsi diqqəti çəkir. Düşmən tərəfin cəbhənin təmas xəttində atəşkəsi pozmaqla və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edib, təxribatçı bəyanatlar verməklə beynəlxalq siyasi dairələr tərəfindən öz işğalçı əməllərinə bəraət verilməsinə çalışdığı aydın görünür. AzMDEP, işğalçıların bu çeşidli məqsədlərinin önlənməsi taktikasını təklif edir. Belə ki, mötəbər beynəlxalq siyasi tədbirlər ərəfəsində Azərbaycan Ordusu tərəfindən işğalçıya amansız və bərpaedilməz zərbələrin vurulması ilə Azərbaycanın ərazilərinin işğal altında olması məsələsini beynəlxalq siyasi müstəvidə  aktuallaşdırıla bilər.

20 sentyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr