Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

 İyunun 7-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, 5-7 iyunda Rusiya Federasiyasının Tıva Muxtar Respublikasının paytaxtı Kızılda keçirilmiş MDB üzv ölkələri müdafiə nazirlərinin sammitində Rusiya Müdafiə naziri S.K.Şoyqunun Suriyadakı Əsəd rejimi nəzarətində olan ərazilərdə bərpa və təhlükəsizlik işlərinə yardım barədə müraciətini yersiz hesab edir. Belə ki, Əsəd rejimi Azərbaycan Respublikasına qarşı erməni işğalçılarının hücumunu pisləyən hər hansı bir mövqeni indiyədək sərgiləməyib, əksinə açıq və ya gizli şəkildə ermənilərin mövqeyini, anti-türk mövqeni dəstəkləmişdir. AzMDEP belə hesab edir ki, ermənipərəst Əsəd rejiminin, bu rejimin idarəsi altında olan Suriyanın erməni və ermənipərəst əhalinin yaşadığı ərazilərdə təhlükəsizlik, iqtisadi və infrastruktur bərpa işlərinin aparılması, maliyyə yatırımları edilməsi barədə təklif Azərbaycan Dövlətinin və Xalqının Milli Mənafelərinə ziddir və qəbuledilməzdir.

07 iyun 2018-ci il                     mdp_inform@yahoo.com.tr