Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Mayın 10-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar bildirir ki, Heydər Əliyevin Azərbaycan və Türk Dünyasının tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərdən biri olduğunu xüsusi vurğulamaqdadır. Onun siyasi irsi Bütöv Azərbaycanı bərpa etməyi qarşısına məqsəd qoymuş hər bir soydaşımız üçün sonsuz bilik və örnək mənbəyidir.

         AzMDEP, Azərbaycan dövlətçiliyinə qarşı dövləti cinayətlər törətmiş, Azərbaycan vətəndaşlarına qarşı terrorizmdə, etnik təmizləmə, kütləvi qətllərdə iştirak etmiş, “ermənistan” adlı Rusiya müstəmləkəsində artıq yüksək vəzifələrdən məhrum olmuş cinayətkar Serj Sargsyanın beynəlxalq axtrışa verilməsi vaxtının yetişdiyini bildirir. AzMDEP, aidiyyatı dövlət orqanlarından cinayətkar S.Sərgsyanın İnterpol və ya xüsusi əməliyyat qrupu vasitəsilə həbs edilib Azərbaycana gətirilmsinin və ədalət məhkəməsinə verilməsinin Azərbaycan dövlətinin beynəlxalq miqyasda imic məsələsi olduğunu vurğulayır.

10 may 2018-ci il                     mdp_inform@yahoo.com.tr