Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Aprelin 26-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinə iki günlük rəsmi səfərinin, həmçinin, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının nəticələrini yüksək dəyərləndirir. AzMDEP bildirir ki, partiya iki qardaş türk dövlətlərinin hərbi, siyasi, iqtisadi və mədəni sahədə qarşılıqlı əməkdaşlığının inkişafı üçün Türkiyə ilə Azərbaycan Respublikası arasında ən yüksək səviyyədə görüşlər daha da intensiv olmalıdır. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq digər türk dövlətləri üçün də nümunə olaraq, gələcək Türk Birliyinin təməlini təşkil etməkdədir.

26 aprel 2018-ci il                     mdp_inform@yahoo.com.tr