Azərbaycan ilə Banqladeş birgə ticarət palatası yarada bilər

Azərbaycan Banqladeşlə ticarət əlaqələrinin möhkəmləndirilməsində, eləcə də bu ölkədən mebel, keramika plitələri, əczaçılıq və informasiya texnologiyaları (İT) məhsulları daxil olmaqla idxalının artırılmasında maraqlıdır.

Millətçilik.az UNB-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyevilə Banqladeş Ticarət və Sənaye Palataları Federasiyasının (FBCCI) rəhbərliyi arasındakı görüşdə bildirilib.

Bundan əlavə, FBCCI və Azərbaycan Ticarət Palatası yaxın gələcəkdə birgə ticarət palatası yarada bilər.