Azərbaycan İKT-ın inkişafı üzrə Cənubi Qafqazda liderdir

Azərbaycan 176 ölkə arasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb. Ölkəmiz bu reytinqdə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Milletcilik.az -ın məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumatda bildirilir.

Reytinqdə lider İslandiyadır. İlk beşliyə həmçinin Cənubi Koreya, İsveçrə, Danimarka və Böyük Britaniya daxil olub.

Rusiya 45-ci yerdə qərarlaşıb, Qazaxıstan – 52, Moldova isə 59-cu olub. Ermənistan 75-ci yerdə, qonşu Gürcüstan isə 74-cü pillədə qərarlaşıblar.

MDB ölkələri arasında bu sahədə 176 ölkə içində 32-ci olan Belarus liderlik edir.

İlk onluğa həmçinin Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya daxil olublar.