“Azərbaycan Dəmir Yolları” QSC : Texniki nasazlıq aradan qaldırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin yaydığı açıqlamada bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində  Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında  23-42 dəqiqə arası dayanmalı olub.

Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.