“Azərbaycan  Dəmir Yolları” QSC  gənc kadrların işlə təmin olunmasına start verib

Millətçilik.az “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinə isdinadən xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib.

Layihəyə əsasən Azərbaycanın şimal bölgələrindən gənc kadrlar qatılıblar. İştirakçıların bilik və bacarıqları, şəxsi keyfiyyətləri müsabiqə və müsahibə yolu ilə müəyyənləşdirilib. Aralarından 7 nəfər təcrübəli seçilib.İştirakçılar “Azərbaycan Dəmir Yolları” QSC – nin Biləcəri Çeşidləmə stansiyasında “ADY SMART” əməliyyat sisteminin öyrənilməsi üzrə təlimlərə cəlb olunub.Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov həmin gənclərlə
görüşüb. Onların təcrübə müddətində əldə etdikləri bilgilər, gələcək planları və sosial
vəziyyətləri ilə maraqlanıb. Cavid Qurbanov dəmiryolçu olmaq istəyən gənclərə
uğurlar arzulayıb.
Beləliklə, təlimlərdə müsbət nəticə göstərən gənc kadrlar yaşadıqları bölgələrdəki
dəmir yolu stansiyalarında müvafiq işlə təmin olunublar. 2 nəfər Yalama, 2 nəfər
Xudat, 3 nəfər isə Xaçmaz stansiyasında işə götürülüb.Azərbaycan Dəmir Yolları QSC gələcəkdə də gənc kadrların dəmir yolunda işə cəlb edilməsi istiqamətində sosial
yönümlü layihələrin davam etdirilməsini nəzərdə tutur.

Qənimət Məmmədov