Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir

Milletcilik.az NBC-yə istinadən verdiyi xəbərə görə, Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında – “Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir” deyib.

O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.

“Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, – deyə mer əlavə edib.

Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.