Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlılığını gücləndirmək niyyətindədir

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3,2milyon avro ayırmağı planlaşdırır.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni tenderində deyilir.

“Bu proqram “Şərq Tərəfdaşlığı” ölkələrində kibertəhdidlərə qarşı dayanıqlığın və cinayət-hüquqi tədbirlərin gücləndirilməsinə kömək edəcək və kibertəhlükəsizliyin və kiberhücumlara hazırlığın yüksəldilməsi üçün texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə tədbirlərə hesablanır”, – tenderdə bildirilib.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə Avropa İttifaqı tərəfindən başladılıb. Onun əsas məqsədi 6 ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.