Ata Buş ABŞ-ın ən uzunömürlü sabiq prezidenti olub

Ata Corc Buş ABŞ- tarixində ən uzunömürlü sabiq prezident kimi özünəməxsus rekord sahibi olub.

Milletcilik.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünən ABŞ-ın 41-ci prezidenti həyatında 93 il 166 günü arxada qoyub.

C. Buş bununla 2006-cı ilin dekabrında vəfat etmiş ABŞ-ın 38-ci prezidenti Cerald Forda məxsus 93 il 165 günlük rekordu arxada qoyub.