“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI XEYRİYYƏ AKSİYALARINI DAVAM ETDİRİR

Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir”
Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin
Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-
maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir.
Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına
qoşulan təşkilat bu həftə də İctimai Birliyin sədri Qənbər Qurbanovun təşəbbüsü
ilə Bakıda, eyni zamanda Gəncə şəhəri və ətraf rayonlarda yaşayan yaşı 65-dən
yuxarı, tənha insanlar, aztəminatlı və digər imtiyazlı ailələrlə görüş keçirib. İctimai
Birliyin üzvləri onlara ərzaq bağlamalarını çatdırıb, eyni zamanda zəruri
maarifləndirici məlumatlar verib.
Möhtərəm prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını
özünün kredosu seçən edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi
növbəti həftələrdə də xeyriyyə aksiylarını davam etdiricək.