“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI “EVDƏ QAL, CƏMİYYƏTİ QORU” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19)
xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə
rəhbərliyi tərəfindən həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam
etdirir. Artıq bir neçə həftədir mütəmadi olaraq bu məqədlə xeyriyyə aksiyaları
keçirən İctimai Birlik bu həftə də ön ənənələrinə sadiqliyini nümayiş etdirib.
İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun tapşırığı ilə Bakı
şəhərində və ətraf rayonlarda sosial qayğıya ehtiyacı olan vətəndaşlara müvafiq
yardımlar edilib, eyni zamanda İctimai Birliyin fəalları tərəfindən insanlara zəruri
maarifləndirici məlumatlar çatdırılıb.
Bu məqsədlə keçirilən növbəti aksiya zamanı 60-dan çox sosial qayğıya
ehtiyacı olan aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının
ailələri ilə görüş keçirilib, onlara ərzaq yardımı göstərilib, eyni zamanda tibbi
maska paylanılıb. Görüşlərdə iştirak edən sakinlər xüsusi vurğulayıblar ki, bu çətin
və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə olunublar və bütün
bunlara görə ölkə rəhbərliyinə minnətdardırlar.
Bu taleyüklü günlərdə ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük”
çağırışını özünün kredosu seçən edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai
Birliyinin fəalları qeyd ediblər ki, İctimai Birlik tərəfindən bundan sonra da
koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət davam etdiriləcək, sosial
qayğıya ehtiyacı olan vətəndaşlarımıza mütəmadi olaraq yardımlar ediləcəkdir.