Ankarada Türkiyə, Rusiya və İran prezidentləri Suriya böhranını müzakirə edəcək

Aprelin 4-də Suriya böhranının tənzimlənməsi ilə əlaqədar Ankarada Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

Milletcilik.az-ın “Anadolu” agentliyinə istindən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Zirvə görüşü çərçivəsində R. T. Ərdoğan və H. Ruhani arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşdə ikitərəfli münasibətlərlə bərabər, regional və qlobal məsələlər barədə də müzakirələr aparılacaq.