Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib.- Video

Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib.

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində ekspertizadan keçirilib.

Müayinələrdən sonra meyitlər ailələrinə təhvil verilərək dəfn üçün Bakıya göndərilib.

Məlumatda qeyd edilir ki, meyitlərin ilkin müayinəsi zamanı heç bir xəsarət halları aşkar edilməyib. Ekspertizanın yekun nəticələri isə laborator müayinələrdən sonra bəlli olacaq.