Almaniyalı sabiq polislər jurnalistlərlə bir araya gəlib

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi (SAW) və Almaniyanın Qadın Sığınacağı və Konsultasiya Mərkəzi “Cəmiyyətin inkişafı üçün ümumbəşəri dəyərlərin təbliği” layihəsi çərçivəsində jurnalistlər üçün təlim təşkil edib. Azadinform xəbər verir ki, “Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda baş tutan tədbirin təlimçiləri Almaniyanin sabiq polis işçiləri Kristina Klein ve Karina Gutges olub. Onlar gender dəyərlərinin qiymətləndirilməsi ətrafında müzakirələr aparıb, jurnalistlərin suallarını cavablandırıb.