“Alibaba” “Subaylar günü”ndə 30 mlrd. dollarlıq mal satıb

Çinin elektron ticarət nəhəngi – “Alibaba” ötən gün ölkədə qeyd olunmuş “Subaylar günü”ndə 231,5 mlrd. yuan (30mlrd. ABŞ dolları) dəyərində mal satıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu Çinin tarixində növbəti rekord göstəricidir.

Bir mlrd. dollarlıq göstəriciyə ilk  85 saniyədə nail olunduğu bildirilir.