Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  fevralın 14 –də Nicat Babayevin  Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

Millətçilik.az-ın məlumatına görə,  fərmanda deyilir :

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nicat Fəxrəddin oğlu Babayev Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilsin”.

Qeyd edək ki, Nicat Babayev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.