Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Millətçilik.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)