Akşənər müzakirələrə nöqtə qoydu – Açıqlama

Maral Akşənər istefasından sonra İYİ Partiyasının qurultayında namizəd olub-olmayacağına bir daha aydınlıq gətirib.

Millətçilik.az xəbər verir ki, bu barədə siyasətçi Tvitter hesabında yazıb.

“Dəyərli əqidə yoldaşlarım, qurultayımızda namizəd olmamaq barədə qərarım qətidir”, – Akşənər bildirib.

Qeyd edək ki, ötən həftə M.Akşənər İYİ Partiyası sədrliyindən istefa verdiyini bildirmişdi.