Akşənərə ciddi zərbə: 250 nəfər istefa etdi

Türkiyənin İyi Partiyasının 250 üzvü istefa edib.

Millətçilik.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.

Məlumata görə, İyi Partiyasının Manisa vilayəti gənclər təşkilatının sədri İlyas Çinarla birlikdə istefa verən üzvlər mətbuata açıqlama verərək partiyanın milliyətçilik və vətənpərvərlikdən kənar olduğunu bildiriliblər.