Ağdaşda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb

Ağdaş rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhərinin Nizami küçəsindəki 8 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimov Ramiq Rafiq oğluna məxsus ümumi sahəsi 240 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.