Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöldovşanı, sığırçın quşugötürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.