Afrində məhv edilən terrorçuların sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilib.

Milletcilik.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ötən gün əməliyyat nəticəsində 5 hədəfin məhv edildiyini, 35 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, bununla da əməliyyatın əvvəlindən indiyə qədər zərərsizləşdirilən terrorçu sayı 932-ə çatdırılıb.