ABŞ yeni kəşfiyyat silahını sınaqdan keçirdi – VIDEO

ABŞ düşmənin sualtı gəmilərini təsbit etmək üçün istehsal edilən ACTUV pilotsuz gəmiləri sınaqdan keçirib.

Milletcilik.az xəbər verir ki, gəmilərin sınağı DARPA müdafiə sənayesi agentliyi tərəfindən görüntülənib.

DARPA-dan sonra pilotsuz sualtı gəmilər ABŞ Donanması Elmi Araşdırmalar İdarəsinə transfer ediləcək. Bu ilin sonunda isə orduya veriləcək.

Qeyd edək ki, ABŞ-ın yeni nəsil gəmiləri üzərində işlər 2010-cu ildə başlayıb.

Saatda 27 düyün sürət yığa bilən gəmi təxminən 40 metr uzunluğundadır. ACTUV-un vəzifəsi səssiz dizel elektrikli sualtı gəmiləri təsbit etmək və onları təqibə almaqdır. Bundan başqa, gəmilərdən qida daşımaq üçün də istifadə ediləcək.