ABŞ Rusiyanın Latın Amerikasına təsirinin artmasından narahatdır

ABŞ dövlət katibi Reks Tillerson Rusiya və Çinin Latın Amerikasına təsirinin artmasından narahatlığını ifadə edib və bölgə ölkələrini asılılığın artmasından  ehtiyatlanmağa çağırıb.  Milletcilik.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu R.Tillerson Texas Universitetində çıxışı zamanı bildirib.

Qeyd edək ki, fevralın 1-də ABŞ dövlət katibinin Latın Amerikası ölkələrinə turnesi başlayır.

“Rusiya qeyri-dost rejimlərə silah və hərbi texnika satmaqda davam edir. Bölgəmiz bu regionun  dəyərlərinə hörmət etməyən uzaq qüvvələrə dayanıqlı olmalıdır”, – deyə R.Tillerson qeyd edib.

O qeyd edib ki, Rusiya və Çin münasibətlərdə qısa müddətdə faydalanmağa can atırlar, Vaşinqton isə Qərb yarımkürəsinin rifahı naminə qarşılıqlı faydalı tərəfdaşlıqda maraqlıdır.

R.Tillerson həmçinin qeyd edib ki, Çin dövlət resursları hesabına Latın Amerikaya cəlbedici inkişaf yolu təklif edir: “Əslində bu Pekindən uzunmüddətli asılılığa gətirib çıxarır, bu ölkələrin sənaye sektoruna ziyan vurur, insanların maaşlarını azaldır və işsizliklə nəticələnir. Reallıqda onlar uzunmüddətli asılılığın müqabilində qısamüddətli fayda təklif edirlər. Latın Amerikasına yalnız öz mənfəətini güdən yeni imperiya gücü gərək deyil”.

Qeyd edək ki,  R.Tillerson 1-7 fevral tarixlərində Meksika, Argentina, Peru, Kolumbiya və Yamaykaya səfər edəcək.