ABŞ-ın Kərkükdəki keçmiş bazasında İŞİD-in qurbanı olmuş 400 nəfərin meyiti tapılıb

ABŞ-ın İraqın Kərkük şəhərində yerləşən keçmiş hərbi bazasında İŞİD-in qurbanı olmuş 400 nəfərin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Milletcilik.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İordaniyanın “Petra” agentliyinə Kərkük polisindən bildirilib.Məlumata görə, öldürülən şəxslərin əksəriyyəti cavan və yaşlı kişilərdir.  Araşdırmalara başlanılıb.