ABŞ diplomatları Sankt-Peterburqdakı baş konsulluğun binasını tərk ediblər

ABŞ diplomatları Rusiyanın  Sankt-Peterburq şəhərindəki baş konsulluğunun binasını tərk ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 5-7 səfirlik əməkdaşından  ibarət sonuncu qrup gecə saatlarında binanı tərk edib. Onlar mikroavtobusa əyləşərək ərazidən uzaqlaşıblar. Daha sonra binadan obyekti təhvil alan komissiya üzvləri çıxıb.