ABŞ-dan etiraf: Türkiyəyə qarşı ordu göndərilir

Hazırda Afrində davam edən əməliyyatlar İŞİD-ə qarşı mübarizədə diqqətimizi dağıdır.

Mİlletcilik.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis deyib.

“Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürdlər Afrin əməliyyatlarına görə narahatdırlar. Onlardan bəziləri Afrinə gedir.

Türkiyə də öz sərhədlərinin təhlükəsizliyindən narahatdır və biz bunu zərrə qədər də olsun inkar etmirik”, – Mettis bildirib.

Qeyd edək ki, Pentaqon daha əvvəl SDQ yaraqlılarının Afrinə getdiyini etiraf etməmişdi.