ABŞ-da bara silahlı hücum olub, 12 nəfər ölüb – YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatının Tauzand-Oks şəhərindəki bara hücum nəticəsində 12 nəfər ölüb.

Millətçilik.az xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.


*** 12:07

ABŞ-ın Kaliforniya ştatında bara silahlı hücum olub.

Millətçilik.az “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda insan yaralanıb.

Əraziyə çox sayda polis cəlb edilib.

Hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.