31 MART- Unudulmaz faciə

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər. Bədnam qonşularımız iki əsrdən atrıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl atmış, azərbaycanlıları kütləvi qırğınlara məruz qoymuslar. Hələ XIX  əsrin əvvələrindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Şərqdə təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVII əsrin sonu XVIII əsrin əvvəllərindən Türkiyə və İrana qarşı müharibə apararkən məhz “erməni kartı”n dan siyasi alət kimi yararlanmağa çalışmışdır.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlğı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifədə edərək yerli müsəlman əhalisinə qarşı soyqırım siyasətinə başlamışlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar. Ümumiyyətlə 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində ən müxtəlif cinayətlərə rəvac vermiş erməni qəsbkarları soyqırımı və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər.

Martin 31-i bizə Azərbaycan tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincin böyüklüyü ilə, günlər var ki, fəlakət və qüssənin əzəməti ilə unudulmaz 31 mart ikinci günlərdən idi. Mart soyqırımı və mart hadisələri- 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Baki şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur , Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanllara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladıılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: ”Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta içəri şəhərə hücum zamanı A.Mikoyanın  başçılığı ilə yaradılmış “İnqilabi müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Bakı” qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Stepan Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar olaraq 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı. “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onu qarşısını almaq mümükün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdılırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayinın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci  ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vəsitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma”soyqırım” kampaniyasına vüsət vermişlər.

Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Heydər Əliyev Azərbaycan tarixinin, faciəli, ağır, məşəqqətli sıhifələri ilə, xüsusən də gənclərin yaxından tanış olmalarını, milli həqiqətləri aydın dərk etmələrini, belə demək mümkünsə, qan yaddaşını qoruyub saxlamalarını zəruri hesab edirdi. Məhz buna görə də ümummilli lider təkcə ümumtəhsil məktəblərində, universitetlərdə deyil, eləcə də ailədə gənclərlə fəal iş aparılmasını, onlarda erməni vandalizminin gerçək miqyası bəarədə dolğun, obyektiv rəyin formalaşmasını vacib sayırdı.

Tarixi unutqanlığın azərbaycanlılara hansı böyük faciələr bahasına başa gəldiyini ən müxtəlif çıxışlarında dəfələrlə vurğulayan ulu ğndər Heydər Əllyev, eyni zamanda, gəncləri ata-babalarımızın bu səhvlərini yenidən təkrarlamamağa çağırırdı. Obyektiv reallığa əsaslanan bu çağırış həm də ona xidmət edirdi ki, gənclər müasir üsul və vasitələrdən, informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edib milli həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar. Bədnam erməni lobbisinə qarşı mübarizədə fəal olsunlar və səmərəli ək-hücumu təşkil etsinlər. Yeni müdafiədən hücum taktikasına keçid məhz yeni dövrün müasir təfəkkürlü, yeni intelektual imkanları ilə fərqlənən gənclərin hesabına reallaşmalı idi. Heydər Əliyev bu məqsədi gerçəkləşdirmək üçün bir tərəfdən geniş təbliğat işi aparır, digər tərəfindən imzaladığı tarixi əhəmiyyətli fərman və sərəncamların vasitəsilə gənclər arasında ideoloji – siyasi işi gücləndirirdi.

Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 oktyabr tarixli ”1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı. Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir.

1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırım günü kimi qeyd olunur. Fərmanda göstərilirdi ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyevdə uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Cənubi  Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin ugurlarını təmin edən mühüm amillərdən biri də məhz diplomatiyadır. Bir zamanlar üzləşdiyi “informasiya blokada”sını çoxdan adlamış Azərbaycan son illər Ermənistanı ideoloji-təbliğati müstavidə əhəmiyyətli dərəcədə üstələmişdir. Xüsusən də bədnam erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş iftira və böhtan kampaniyasının qarçısının alınması istiqamətində ciddi addımlar atılmışdır. Müsahidə etdiyimiz ”ikili standartlra”a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müxtəlif səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə elmi ictimaiyyətin fəallığı da nəzərəçarpacaq dərəcədə güclənmişdir.

Xatırlatmaq yerinə düşər ki. Prezident İlham Əliyev 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmişdir. Cənab İlham Əliyev ilk növbədə ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur: “ Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti  bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert  quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir”

Bu gün 31 mart və XX əsrin ən dəhşətli soyqırım hadisəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökümət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümumilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, dərin hüznlə başsağlığı verir.

Azərbaycan xalqı ürəkdən inanır ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir.

Rövşən Əvəzoğlu

Müstəqil araşdırmaçı