2006-2007 təvəllüdlü qızlar arasında keçirilən Bakı birinciliyində növbəti oyunlar keçirilib.

13 noyabr 2019-cu il tarixində start götürmüş 2006-2007
təvəllüdlü qızlar arasında keçirilən Bakı birinciliyində növbəti
oyunlar keçirilib. Azəri komandası Azərreyl 1-in, Xətai isə
Azərreyl 2-ni 2:0 hesabı ilə məğlub edib. Azəri komandası
Azərreyl 2-ni, Azərreyl 1 isə Xətaini 2:0 hesabı ilə məğlub edib.
6 komandanın (UGİM, Xətai, Azərreyl 1, Azərreyl 2, Abşeron,
Azəri) iştirak etdiyi yarışa Azəri komandası liderlik edir.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən birincilikdə ən çox xal
qazanan komanda Bakı birincisi olacaq.