11 yaşlı qız elmi icadına görə 25 000 ABŞ dolları mükafat aldı

Amerkalı məktəbli Qitancali Rao içməli suda qurğuşunu təyn edən cihaz icad edib.

Qurğuşun bildiyimiz kimi zəhərli metal olub, ən kiçik dozalarda belə insan orqanizmi üçün zərərlidir. Əsasda uşaq orqanizmi üçün təhlükəlidir çünki inkişaf prosesinin qarşısını alır.

Qurğuşundan düzəldilmiş köhnəlmiş  su turbalarının korroziyası nəticəsində içməli suya qarışır.

Miçiqan ştatında su ilə bağlı krizis 11 yaşlı Qitancali Raonu yeni qurğu icad etməyə ilhamlandırmışdır. 2015-ci ildə aparılan laboratoriya testləri göstərdi ki, suda qurğuşunun miqdarı milyardda 397 zərrəciyə bərabərdir, halbuki buda normadan 26 dəfə çox deməkdir.

Qurğuşun tərkibli su heç bir iy, dad, rəng əlamətlərinə görə adi sudan fərqlənmədiyinə görə onu aşkarlamaq üçün test aparmaq lazımdır. Hal-hazırda testlər 2 üsulla aparılır. Evdə xüsusi zolaqlar və laboratoriya testləri vasitəsilə aparmaq mümkündür. Xüsusi zolaqlar adətən 15 – 30 ABŞ dolllara olsada 100%-lik dəqiq nəticə əldə etməyə imkan vermir. Laboratoriya şəraitində suyun analizi isə 20-100 ABŞ dollarına başa gəlir.

Rao düşünür ki, onun icad etdiyi Tethys qurğusu bütün yuxarida sadaladığımız test üsullarına ucuz alternativdir. Eləcədə testin nəticələrini xüsusi proqram vasitəsilə mobil telefona göndərmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

Müsabiqədə qələbə qazanan Qitancali Rao 25 000 ABŞ dolları qazanmışdır. 11-14 yaşlarında olan finalçıların sayı 10 nəfər olub. Onların kəşfləri arasında neftlə çirklənmiş əraziləri təmizləmək üçün biomaterial, alternativ enerji mənbəyi, Alsqeymer xəstəliyini müalicəsi üçün dərman və sairə tibbi icadlarıda yer alırdı.

Discovery Education şirkəti hər il gənc alimlər arasında bu tip müsabiqələr təşkil edir və ABŞ, Böyük Britaniya məktəbliləri üçün dərsliklər hazırlayır.