Əsirlərin mübadiləsi baş tutdu

Ukraynada qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə hökumət arasında əsir mübadiləsi keçirilib.

Milletcilik.az “İnterfaks-Ukrayna”ya  istinadən xəbərinə görə, 233 separatçının 73 ukraynalı hərbçiyə dəyişdirilməsi Qorlovka qəsəbəsi yaxınlığında baş tutub.

Ukrayna prezidenti Petro Poroşenko əsirləri qarşılayaraq onlarla birgə Xarkova yollanıb. Dekabrın 28-ə keçən gecə göyərtəsində əsirlikdən azad edilənlər olan təyyarələr Kiyevin “Borispol” hava limanına enib.