Əhliman Əmiraslanov: “Kök hüceyrələrinin təbabətdə tətbiqi ilə bağlı uğurlarımız barədə öyünə bilmərik”

“Türkiyədə bir neçə ildir kök hüceyrələrinin təbabətə tətbiqi ilə bağlı çox ciddi tədqiqatlar aparılıb. Türkiyədə onlarla kök hüceyrə mərkəzi fəaliyyət göstərir. Biz onlarla əməkdaşlıq edirik. Lakin biz bu sahədə uğurlarımız barədə öyünə, ağızdolusu danışa bilmərik”.

Milletcilik.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Akademikin sözlərinə görə, təbabətin elə bir sahəsi yoxdur ki, kök hüceyrələrindən istifadə edilməsin: “Kök hüceyrələrindən qaraciyərin, ağciyərin, ürəyin patologiyasında, onkoloji, qan xəstəliklərində geniş istifadə edilir”.

Ə. Əmiraslanov qeyd edib ki, bu sahədə Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birlikdə  elmi – tədqiqat proqramı hazırlanıb.