Cümə, Yanvar 18, 2019

İŞİD Liviya XİN-ə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD terrorçuları Liviya Xarici İşlər Nazirliyinin Tripolidə yerləşən binasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. “Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Reuters" məlumat yayıb. Liviya paytaxtında kamikadzenin özünü partlatması nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Türkiyə ordusu Fəratın şərqində keçirəcəyi əməliyyatın bəzi detallarını açıqlayıb

Türkiyə Silahlı Qüvvələri vəAzad Suriya Ordusu (ASO) Fəratçayının şərqində keçirəcəyi birgə antiterror əməliyyatının hazırlıq işlərini başa çatdırıb. Millətçilik.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, anti-əməliyyatda 23-24 min hərbçivə Azad Suriya Ordusunun üzvləri iştirak edəcəklər. Bölgənin terrorçu...

İstanbulda 180 hərbçi həbs edildi

Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində saxlanılmış 219 hərbçinin 180 nəfəri həbs edilib. Milletçilik.az məlumatına görə, 219 hərbçinin saxlanıldığı əməliyyat dekabrın 14-də İstanbulda keçirilib. Bildirilir ki, həbs edilən 180 hərbçinin arasında 85-i zabitdir. Məlumata əsasən, həbs edilən hərbçilər...

XİN başçısı: “Azərbaycanın Sərsəng su anbarının işğal altında saxlanılması regional sülh və təhlükəsizliyə ciddi...

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb. Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib. Həmsöhbətlər Azərbaycanla UNECE arasında təşəkkül tapan ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. O.Alqayerova səfər çərçivəsində təmsil etdiyi qurum...

ABŞ-ın PKK-çıların başına qoyduğu mükafat – Ağ evin Türkiyəyə jesti – ŞƏRH

Yüz illərdir türk dövlətlərinin mövcudluğu və nüfuzu üçüncü tərəfin Yaxın və Orta Şərqdə at oynatmasına mane olub. Kənar qüvvələrin müdaxiləsi isə bir qayda olaraq bölgədəki xəyanətkar ünsürlərin ucbatından baş verib. Türkiyə yenə bölgədə nüfuz sahiblərindəndir. Gücünü azaltmaq, Yaxın və Orta Şərqə...

Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəməsi baxışa verilib – YENİLƏNİB

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant  Karen Armeni Kazaryanın cinayət işi üzrə hazırlıq iclası davam etdirilib. "Report"un Qərb bürosunun məlumatına görə, keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 20-nə təyin olunub. *** 11:31 Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəməsi başlayıb. "Report"un...

Dmitri Peskov: “Krımdakı partlayışın səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir”

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində baş vermiş partlayışın əsas səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir. Millətçilik.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, dövlət başçısı Vladimir Putinə...

İranın Türkiyədəki səfirliyinə intiharçı-kamikadzenin daxil olması ilə bağlı həyəcan siqnalı verilib

İranın Türkiyədəki səfirliyinin binasına intiharçı-kamikadzenin daxil olması ilə bağlı həyəcan siqnalı verilib. Millətçilik.az “Haberler”ə istinadən xəbər verir ki, məlumatdan sonra Türkiyə paytaxtı Ankaradakı Tehran küçəsi bağlanıb. Səfir binadan uzaqlaşdırılıb, genişmiqyaslı tədbirlər görülüb.

Qroznıda naməlum şəxslər polisə hücum edib

Qroznıda naməlum şəxslərin hücumu nəticəsində bir polis ölüb. Bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. "Qroznıda səhər saatlarında Pervomayskaya və İsayev küçələrinin kəsişməsində atışma baş verib, polis əməkdaşlarına hücum olub, nəticədə bir polis ölüb", - mənbə deyib.

Əfqanıstanda terrorçuların qaçırdığı girovların bir hissəsi azad edilib

Əfqanıstanın hökumət qüvvələri daha əvvəl "Taliban" yaraqlılarının ələ keçirdikləri üç avtobusun 149 sərnişinini sərbəst buraxmağa müvəffəq olublar. Eyni zamanda "Associated Press"in məlumatına görə, sərnişinlərdən 21-i hələ də girovluqda qalır.

ÇOX OXUNAN

Həsən Ruhani: “İran-Rusiya-Azərbaycan danışıqları tranzit məsələlərinə aiddir”

İran, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar tranzit məsələlərinə aiddir. Milletcilik.az-ın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhani bu sözləri ötən axşam dövlət televiziyasının efirində hökumətin...