Cümə, Yanvar 18, 2019

2017-ci ildə dünyada smartfon istehsalı 6,5% yüksəlib

“TrendForce” analitiklərinin məlumatına görə, 2017-ci ildə smartfon istehsalçıları ümumilikdə təxminən 1,46 milyard aparat istehsal ediblər ki, bu da 2016-cı ilin göstəricisini 6,5% ötür. Bununla belə, cari ildə mütəxəssislər zəif artım tempi proqnozlaşdırırlar, çünki smartfon istehsalçıları komponentlərin bahalaşması səbəbindən xərclərin artması...

2020-ci ildə “Samsung”un bütün cihazları süni intellektli olacaq

2020-ci ilə qədər “Samsung” şirkətinin bütün cihazları süni intellekt əldə edə biləcəklər. Milletcilik.az xəbər verir ki, Cənubi Koreya istehsalçısı öz cihazlarına özünün “Bixby” səsli köməkçisini inteqrasiya etmək niyyətindədir. Bundan başqa, cihazın “əşyaların interneti”nə qoşulması da planlaşdırılır. Bunu CES-2018 sərgisində şirkətin nümayəndəsi...

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

Azərbaycanın ilk 3D oyun müsabiqəsinin  final mərasimi keçiriləcək. Bu barədə Milletcilik.az-a Hackathon Azerbaijan komandasından məlumat verilib. Qeyd edilib ki, final mərasimindən öncə müsabiqə iştirakçıları münsiflər qarşısında xüsusi təqdimatlarla çıxış ediblər. 3D oyunlar, 3D simulasiya və kompüter qrafikası mövzularını əhatə edən Game Jam müsabiqəsində ilk...

Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər

Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək. Milletcilik.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında...

Ötən il ən çox hansı dövlət orqanlarının saytlarına müraciət olunub?

Ötən il ən çox müraciət olunan dövlət orqanlarının rəsmi internet resurslarının adı açıqlanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Milletcilik.az-a verilən məlumata görə, ən çox istifadəçi müraciətləri  arasında...

Bütün “iPhone” smartfonları təhlükə altındadır

“Apple” şirkəti bütün “iMac” və “iPhone” modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib. Bu haqda İT nəhənginin saytında deyilir. Bu barədə Milletcilik.az “lenta.ru” saytına istinadən yazır ki, "Meltdown və “Spectre” adlı 2 təhlükə aşkar edilib. Bu, demək olar ...

“Apple” üzr istədi

“Apple” korporasiyası köhnə “iPhone” modellərinin işini yavaşlatdığına görə müştərilərdən üzr istəyib. “Business Insider”a istinadən verdiyi xəbərə görə, “Apple” məsələ ilə əlaqədar istehlakçılara ünvanlanmış rəsmi açıqlama yayıb. “Biz bilirik ki, bəziləriniz “Apple”ın sizləri pis vəziyyətdə qoyduğunu hiss edirsiniz. Sizlərdən üzr istəyirik”,...

Hərbçilər üçün döyüş smartfonları hazırlanıb

İsrail Dövlət Logistika və Texnologiyalar İdarəsi hərbçilər üçün yeni döyüş smartfonları hazırlayıb. “Shaked Fighting” adlı yeni qurğu döyüş zamanı əsgərlərin hərəkət trayektoriyasının yaxşılaşdırılması məqsədinə xidmət edir. Milletcilik.az vistanews.ru saytına istinadla xəbər verir ki, qurğu Android əməliyyat sisteminin idarəsi altında işləyir....

Son dərəcə təhlükəsiz kompüter yaradılıb

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqatları Agentliyi (DARPA) son dərəcə təhlükəsiz kompüterin yaradılmasına qrant ayırıb. Aparat komponentlərinin yaradılmasına yeni yanaşma təklif etmiş Miçiqan Universiteti sözügedən qrantı alıb. “ICTnews” Elektron Xəbər Xidməti “safe.cnews.ru” saytına istinadən yazır ki, Miçiqan Universiteti aparat səviyyəsində...

Pilotsuz uçan yük aparatı yaradılır

San-Fransiskonun “Elroy air” startapı 300 kilometr məsafəyədək 70 kiloqramlıq yükü daşıya bilən pilotsuz uçan aparatların hazırlanması ilə məşğuldur. Tərtibatçıların planına görə, aparat ucqar yerlərə humanitar yardım və bağlamaların çatdırılması ilə bağlı problemlərin həllinə imkan verməklə tez-tez təmir tələb edən...

ÇOX OXUNAN

YAP Salyan və İsmayıllıda görüşlər və mitinq keçirib

Azərbaycanda keçiriləcək 11 aprel prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının Təbliğat qrupu rayonun Şorsulu kəndində partiya tərəfindən prezidentliyə namizəd irəli sürülmüş İlham...