Cümə axşamı, İyun 4, 2020

Ermənistanın paytaxtında atışma olub, saxlanılan var

Yerevanda atışma olub. Millətçilik.az xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib. Məlumata görə, hadisə Başinjaqyan küçəsində qeydə alınıb. Küçədəki yaşayış binasının həyətində atəş səsləri eşidilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və atışmanı törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib. Atışma zamanı həyətdəki...

XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrovla Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezidentin köməkçisi və Müdafiə naziri düşmən mövqelərini müşahidə ediblər – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən növbəti hərbi hissədə olublar. Bu barədə...

Daha bir beynəlxalq təşkilat Qarabağdakı qondarma “seçkiləri” pislədi

Yeni Azərbaycan Partiyasının (YAP) müşahidəçi üzv olduğu və sıx əməkdaşlıq etdiyi Mərkəzçi Demokrat İnternasionalı (MDİ) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament "seçkiləri" ilə bağlı bəyanat yayıb. Millətçilik.az xəbər verir ki, bəyanatda heç bir ölkənin Dağlıq...

Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən...

Azərbaycan Ordusundan tərxis başlayıb

Bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb. Bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib. "Müdafiə nazirinin tapşırığına əsasən, ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş...

Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Cəbrayıl rayonunun...

Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə snayperlərin hazırlığı yoxlanılır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması,...

Dağlıq Qarabağda Ermənistan hərbçisi yaralanıb

Azərbycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi naməlum şəraitdə yaralanıb. Millətçilik.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbçi, 2000-ci ildə anadan olmuş Araik Şahpazyan yaralanıb. O, hospitala yerləşdirilib və hadisənin səbəbi araşdırılır.

Atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində...

ÇOX OXUNAN

Qazaxıstanda erməni amili – Karaqanda hadisəsi – ŞƏRH

Atalarımız yaxşı deyiblər: “Göz gördüyündən qorxar”. Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində baş vermiş xoşagəlməz hadisə istər-istəməz yaxın və uzaq keçmişdəkiləri yada salmağa vadar...