Cümə, Mart 22, 2019

Prezident BTQ-nin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsi təltif edib – SİYAHI

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.   Milletcilik.az-ın məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Gəncalıyev Əfsələddin Səfixan oğlu Novruzov Zaman Müdəhət oğlu Teymurova...

Zazalı-Gəncə dəmir yolu mənzili təmir olunur

Azərbaycan dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın mətbuata verdiyi məlumata görə, bu gündən etibarən dəmir yolunun Zazalı-Gəncə mənzilində 8 km yolun əsaslı təmirinə start...

Azərbaycan prezidenti: “Maliyyə vəziyyətimiz bir çox ölkələr üçün əlçatmazdır”

“İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq. Qeyri-neft sektorunda isə xüsusilə...

GÜCLÜ SİYASƏT VƏ GÜCLÜ SİYASƏTÇİ

Bu həftə Azərbaycan Dövlətinin regionda çəki və rolunu göstərən tarixi hadisələr silsiləsi sıralandı. Dünya erməni mafiyasının boyunduruğunda iməkləyən Qərbin və Rusiyanın çox da arzulamadıqları Bakı-Tbilisi-Qars dəmiryolu öz fəaliyyətinə başladı. TÜRK BİRLİYİ LAYİHƏSİ GERÇƏKLƏŞDİ! Ötən həftənin Türk Dünyasının müasir tarixinə qızıl hərflərlə yazılacaq...

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı gün bəlli oldu

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi...

Neft Fondu noyabrdakı valyuta hərraclarında 208,9 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin noyabr ayı ərzində valyuta hərraclarında 208,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə AZƏRTAC-a Neft Fondunun ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Parlament komitələri büdcə zərfini müzakirə edir

Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisdə müzakirəsinə başlanıb. Milletcilik.az xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai...

Nazir: “Gələn il dövlət borcu üzrə xərclərin 70%-dən çoxu Beynəlxalq Bankla bağlıdır”

"Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur". Milletcilik.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və...

“Kaspersky Lab” sənaye kibertəhlükəsizliyinin sirlərini açacaq

“Kaspersky Lab” şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransının tərəfdaşlarından biridir. Şirkətdən bildirilib ki, tədbirin ilk günündə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov...

Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Tərtər rayonuna səfəri başlayıb. Milletcilik.az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə...

ÇOX OXUNAN

Parataekvondo üzrə Azərbaycan yığması Dünya Oyunlarını üçüncü yerdə baş vurub

Portuqaliyada IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçirilən Dünya Oyunlarının taekvondo yarışları başa çatıb. Milletcilik.az xəbər verir ki, Oyunların sonuncu günündə qadınlar arasında mübarizəyə...