Cümə axşamı, Yanvar 17, 2019

İki rayonda yollar buz bağladı

Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb. Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaratxeybər kəndlərinə gedən yolda avtomobillərin hərəkətində məhduddiyyətlər yaranıb. Bəzi sürücülər avtomobilləri yol kənarında saxlamalı olublar. Bakı-Şamaxı-Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistralları səhər saatlarında buz bağlayıb. Əraziyə cəlb olunmuş...

Prezident hakimin səlahiyyətlərinə xitam verdi

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Milletcilik.az-ın məlumatına görə, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə T. Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Sabah Binəqədi rayonunda qaz olmayacaq

Yanvar ayının 12-də saat 10:00-dan etibarən Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Milletcilik.az “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, məhdudiyyət...

Bütün reyslərə qeydiyyat uçuşa 1 saat qalmış bağlanacaq

Bu gündən başlayaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq. Milletcilik.az xəbər verir ki, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq. AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: “Həmçinin,...

Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab nəşr edilib

“ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olub. Bu barədə APA-ya kitabxanadan məlumat verilib. “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitabın ideyasının, ön sözünün müəllifi və elmi redaktoru Prezident...

İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən...

Azərbaycan siqaret qaçaqmalçılığı ilə mübarizəni gücləndirir

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) aksiz markasız siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi və satışı ilə mübarizənin gücləndirilməsi üçün təkliflər hazırlayıb. Milletcilik.az-ın məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Bu il Azərbaycanda 3642 zəlzələ olub

Keçən illə müqayisədə zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb Bu il ərzində 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən Milletcilik.az-a verilən məlumata görə, bunu bu gün...

İnsanlar yolka bəzəmək üçün meşə müəssisələrindən pulla şam ağacı ala bilərlər

Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir. Milletcilik.az-ın məlumatına görə, sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz...

Azərbaycan “Dünyanın ən yaxşı ölkələri” siyahısında 5 pillə irəliləyib

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib. Milletcilik.az-ın xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb. Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib. Siyahıya İsveçrə başçılıq edir. Növbəti yerləri...

ÇOX OXUNAN

Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransı olub

Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.