Cümə, Aprel 26, 2019

Azərbaycanda ciddi kadr dəyişikliyi baş verdi

Milletcilik.az president.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi barəsində sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla Fazil Məmmədov vergilər naziri, Mikayıl Cabbarov isə təhsil naziri vəzifəsindən azad edilib.

İnsanlar yolka bəzəmək üçün meşə müəssisələrindən pulla şam ağacı ala bilərlər

Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir. Milletcilik.az-ın məlumatına görə, sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz...

Məhkəmə 258 terrorçunun Azərbaycan vətəndaşlığının itirilməsi barədə qərar verib

"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son illərdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu təşkilatların və qanunsuz silahlı birləşmələrin üzvləri olan 86 nəfər həbs edilərək məhkum olunub”. APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə istiqamətində tədbirlərinin...

Tufan Kərim Azərbaycan xalqını təbrik edib

Azərbaycan Milli Demokrat(Boz Qurd)Partiyasının sədri Baş Buğ Tufan Kərim 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir: “Hörmətli soydaşlarım,əziz həmvətənlərim! 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə hamınızı...

Quba Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunub

Prezident İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu gün “Azadinform”un 19 yaşı tamam olur

Bu gün Azərbaycanın ən çox oxunan informasiya agentliklərindən biri “Azadinform”un 19 yaşı tamam olur. “Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, agentliyin xəbər siyasətində, informasiyanın təqdimatında hay-küyə yer yoxdur: “Bütün bu illər ərzində çalışmışıq ki, xəbər istehsalında qərəz, digər...

Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib

Noyabrın 12-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə...

Nic qəsəbəsində Milad bayramı qeyd edilib

Bu gün bütün dünyada pravoslav xristianları tərəfindən İsa peyğəmbərin mövludu günü, yəni Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udilər də bu günü özünəməxsus şəkildə qeyd ediblər. Milletcilik.az xəbər verir ki, bütün xristian aləmində olduğu kimi qəsəbədə...

Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Milletcilik.az xəbər verir ki, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə - Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub. 10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər...

Həbs cəzasından azad ediləcək narkomanların müalicə qaydaları açıqlanıb

Azərbaycanda narkomaniya xəstəliyinə görə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qaydaları açıqlanıb. Milletcilik.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət-Prosessual Məcəlləyə yeni LİV-I Fəslin...

ÇOX OXUNAN

Prezident İlham Əliyev Belarus baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev aprelin 2-də Belarus Respublikasının baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonu qəbul edib. Milletcilik.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.