Çərşənbə, Mart 27, 2019

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Millətçilik.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Milletcilik.az-ın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Suriya sərhədini keçib. Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla...

Afrin bölgəsində PKK terror təşkilatını ABŞ döyüşçüləri əvəzlədi

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların...

Çavuşoğlu: “Əsəd Afrinlə bağlı qərarsızdır”

“Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsad Afrinlə bağlı qərarsızdır". Milletcilik.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem...

31 MART- Unudulmaz faciə

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri...

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib. Əlahiddə Ümumqoşun Ordusu,...

Türkiyə XİN: Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq

Türkiyə Xarici İşlər NazirliyiABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib. Milletcilik.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub. “Türkiyə 7 aprel günü Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi...

Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir

Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. AZƏRTAC xəbər verir ki, bu fikirləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə yanvarın 11-də...

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin...

11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDP) Azərbaycan Respublikası MSK-sı tərəfindən səlahiyyətləri təsdiq edilmiş müşahidəçilərinin hesabatlarını əsas tutaraq bəyan edir: AMDP-nin müşahidəçiləri tərəfindən 296 seçki məntəqəsində aparılmış müşahidələrə görə, 1)    seçkilər əvvəlki illərdəki...

Baş nazir seçkisi: Paşinyan Qarabağ siyasətini açıqladı – Canlı-Yenilənib

Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası başlayıb. Millətçilik.az xəbər verir ki, iclası Ermənistan parlamentinin spikeri Ara Babloyan açıb. Çıxış Blokunun nümayəndəsinin namizədləri ilə bağlı açıqlamasından sonra Nikol Paşinyan çıxışa başlayıb. O, baş nazir seçiləcəyi təqdirdə atacağı addımlardan danışır. Paşinyan çıxışında bildirib...

ÇOX OXUNAN

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra prezident İlham Əliyevin və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Bakixeber.az-ın...